Dünyanın ən nəhəng internet auksionlarından olan eBay 2015-ci ilin birinci rübündə 2,4 min əməkdaşını işdən qovacaq. Bu ştatın 7 faizini təşkil edir. Bu barədə kompaniyanın hesabatında bildirilir.
Teleqraf.xom xarici KİV istinadən xəbər verir ki, “2015-ci ildə biz diqqətimizi biznesdə cəmləşdirmək, həmçinin rəqabət və zəfər üçün təşkilat strukturlarını sadələşdirmək fikrindəyik”, - deyə kompaniyadan bildirilib.
MarketWatch agentliyi bundan əvvəl bildirmişdi ki, eBay ştatının 10 faizini ixtisar edə bilər. eBay 2014-cü ildə ödəmə sistemini PayPal-dan ayırmaq qərarına gəlmişdi. Bu addımın hər iki kompaniyaya öz bizneslərində diqqət cəmləməyi düşünür.
İLHAMƏ