Rusiya hava hücumundan müdafiə sistemləri Qara dənizin şimal-qərb hissəsi üzərində "Neptun" gəmi əleyhinə raketini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün yerli vaxtla saat 12:30 radələrində “Neptun” gəmi əleyhinə raketi ilə Rusiya Federasiyası ərazisindəki obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb, Ukrayna raketi aşkar edilib və Qara dənizin şimal-qərb hissəsi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.