8 Yanvar 16:10
5 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dizaynı dəyişdirilən Qırğızıstanın bayrağı paytaxt Bişkekdə təşkil edilən mərasimlə qaldırılıb.

Teleqraf.com xəbər verir ki, parlamentin sədri Nurlanbek Şakiyev və Nazirlər Kabinetinin rəhbəri Kilitbek Çaparovun iştirakı ilə Ala-To meydanında dəyişdirilən bayrağın ucaldılması mərasimi keçirilib.

Mərasimdə dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Bobek Acikeyev, Baş Qərargah rəisi Ruslan Mukambetov, Bişkek meri Aybək Dunuşəliyev və 1992-ci ildə ölkə bayrağının dizaynında iştirak etmiş Yusup Matayev də iştirak edib.

Hərbi orkestr Qırğızıstanın dövlət himnini səsləndirdikdən sonra əsgərlər nəhəng bayrağı qaldırıblar.

Parlamentin sədri Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında qanuna dəyişiklik edilməsi” təklifi ötən ay Prezident Sadır Caparov tərəfindən təsdiqlənib. Buna uyğun olaraq ölkə bayrağındakı dalğavari Günəş şüaları düzləşdirilib, ortadakı motivdəki xətlərin sayı artırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər