İsrail Müdafiə Qüvvələri (ÇAXAL) döyüşlər zamanı Qəzza zolağında "uzaq mənzilli" mərmilərin istehsal edildiyi ən böyük yeraltı raket zavodunun nəzarətə götürüldüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"ÇAXAL [Qəzza zolağından] Şimali İsrailə çata bilən uzaq mənzilli raketlər istehsal etmək üçün yeraltı fabrikə nəzarəti ələ keçirib. Bu, müharibə başlayandan bəri aşkar edilmiş ən böyük silah istehsalı müəssisəsidir", - deyə qeyd olunub.
Bildirilib ki, bu ərazi yeraltı tunellərlə Qəzza zolağı boyunca HƏMAS batalyonlarına silah çatdırmaq üçün istifadə edilən geniş tunellər şəbəkəsinə bağlıdır.
Həmçinin əlavə olunub ki, hərbçilər "HƏMAS"ın "əl-Bureyc" bölməsinin qərargahını da nəzarətə götürüblər