Hollandiyanın radikal millətçi Azadlıq Partiyasının lideri Geert Vilders ölkədə məscidlərin və İslam məktəblərinin bağlanmasını, Quran və hicabın qadağasını ehtiva edən “İslamla əlaqəli ifadələri qadağan edən qanun layihəsi”ni geri götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin Nümayəndələr Palatasının sədri Martin Bosma göndərdiyi məktubda bildirilir.
Təxminən 5 il əvvəl təqdim edilən qanun layihəsinə ölkədə məscidlərin və İslam məktəblərinin bağlanması, Quran və hicabın qadağan edilməsi daxildir.
Vilders ikili vətəndaşlığı olanlara səsvermə və seçilmək hüququnun rədd edilməsi və İŞİD terror təşkilatı üzvlərinin 6 ay müddətinə mühakimə olunmadan həbs edilməsini ehtiva edən qanun layihəsi təkliflərini də geri götürdüyünü açıqlayıb.
Hollandiyada keçirilən son parlament seçkilərində qalib gələn Geert Vilders İslam dininə qarşı radikal mövqeyi ilə tanınır. Vilders hazırda kolalisiya hökumətinin qurulması ilə məşğuldur. Hökumət qurulduqdan sonra baş nazir postuna keçəcəyi gözlənilir.