9 Yanvar 12:05
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Baş naziri Castin Trüdo İranı “Hizbullah” terror təşkilatı və HƏMAS Hərəkatını dəstəkləməklə sülhü və qlobal təhlükəsizliyi pozmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, ölkə lideri molla rejiminin müxtəlif bölgələrdə fəaliyyət göstərən terror təşkilatlarını dəstəklədiyini deyib.

“İran rejimi İranda insan haqlarına məhəl qoymur, HƏMAS, “Hizbullah” və bütün dünya üzrə digər yaraqlı qruplaşmaları dəstəkləməklə dünyada sülhü və qlobal təhlükəsizliyi pozmaqda davam edir”, - Trüdo bildirib.

Baş nazir əlavə edib ki, Kanada və müttəfiqləri bu illər ərzində İran rejimini öz əməllərinə görə məsuliyyətə cəlb etmək üçün müxtəlif səylər göstərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər