9 Yanvar 17:41
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya parlamenti itlərin qida məqsədilə yetişdirilməsini və öldürülməsini qadağan edən qanunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənədin Prezident Yun Sok-yol tərəfindən imzalanacağı gözlənilir.

Yemək üçün iti öldürən şəxs üçün maksimum cəza üç il həbs və 30 milyon Koreya vonu (təxminən 23 min dollar) məbləğində cərimədir.

Yemək üçün it yetişdirən və ya bilərəkdən it alan, daşıyan, saxlayan və ya satan şəxsləri də cərimə və həbs cəzası gözləyir. Amma qanun layihəsində it ətinin birbaşa istehlakına görə cəza nəzərdə tutulmayıb.

Fermaların və restoranların sahiblərinə, eləcə də it əti sənayesi ilə əlaqəli digər şəxslərə biznesi bağlamaq və ya fəaliyyət sahəsini dəyişdirmək üçün üç il vaxt veriləcək.

Cənubi Koreyada 1100-ə yaxın it ferması var, burada yarım milyona yaxın it yetişdirilir. Fermerlər qanun layihəsinə etiraz ediblər, onların hesablamalarına görə, bir milyona qədər insan işsiz qalacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər