Rusiya ordusu seçki öncəsi Donetsk vilayətinin İvanovsk qəsəbəsini Vladimir Putinə “hədiyyə” etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 26-cı artilleriya briqadasının sözçüsü Oleq Kalaşnikov deyib.
Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun azad etdiyi yaşayış məntəqələrini, əsasən də Klişçivka və Andrivkanı yenidən ələ keçirməyə çalışırlar. Buna görə də, həmin istiqamətlərdə əks-hücuma keçiblər.
“Şimal cinahında diqqətlərini Boqdanivka, Xromovo istiqamətində cəmləyiblər. Bu yaşayış məntəqələrinə girməyə çalışırlar. Putin seçilməzdən əvvəl başqa bir prioriteti var - bu, İvanovskdır. Ulan-Udedəki 11-ci desant hücum briqadasının hamısı bura göndərilib. Putinə göstərmək istəyirlər ki, hava-desant qoşunları digər bölmələrin iştirakı olmadan qalib gələ bilər”, - Kalaşnikov bildirib.
Rusiyada prezident seçkisi mart ayında keçiriləcək.