İran 700 kilometrə qədər məsafədəki hədəfləri vura bilən ballistik raketləri Rusiyaya ötürə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin təhlükəsizlik orqanlarına istinadla “Sky News” məlumat yayıb.
Mənbə sayta bildirib ki, İran və Rusiya silah müqaviləsini uzadıb, Moskva tezliklə Tehrandan yüksək dəqiqliyə malik raket sistemləri alacaq.
Söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Əbabil” və “Fateh” raketlərindən gedir. Bunun üçün İran Rusiyadan pul və hərbi texnologiya alacaq.
Hazırda İran Rusiyanı hücum PUA-ları ilə təchiz edir.