Ukrayna Prezidenti Vladimir Zelenski Latviyada səfərdədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Krişjanis Karinş "X" hesabında bildirib.
"Latviya Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyir", o paylaşımında qeyd edib.
Xatırladaq ki, Prezident Zelenski Baltikyanı ölkələrə səfəri çərçivəsində dünən Vilnüsdə, bu gün isə Tallində olub.