17 Yanvar 21:17
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatını yenidən terror təşkilatları siyahısına salıb.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlər üçün xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

O qeyd edib ki, dəfələrlə edilən xəbərdarlıq və diplomatik təsirlərə baxmayaraq husilər hücumlarından əl çəkməyiblər: “Yenidən güclənmiş hücumlara cavab olaraq ABŞ onları terror təşkilatları siyahısına salır”.

Qeyd edək ki, keçmiş Amerika lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında “Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısına əlavə etsə də həmin ilin fevralında Co Bayden administrasiyası husiləri bu siyahıdan çıxarmışdı. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bu qərarın humanitar səbəblərə görə verildiyini vurğulamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər