18 Yanvar 12:55
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki gündə İran və Pakistan arasında baş verən qarşılıqlı hücumlar Cənubi Asiyada gərginliyin artması təhlükəsi yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti yazır.

İsrail nəşri bildirir ki, Pakistanın İranın iki gün əvvəlki hücumuna cavabı daha sərt olub.

Qəzet İranın Pakistanla savaşa girə biləcək ordusunun olmadığını vurğulayır:

“İranın niyə Pakistanla gərginliyi artırmaq üçün bu yolu seçdiyi bəlli deyil. İran və Pakistan separatçı və terrorçu hesab etdikləri qruplaşmalara qarşı birgə mübarizə aparıb, sərhəd bölgələrində əməkdaşlıq edə bilirdilər. Bununla belə, İran gərginliyi artırmağa üstünlük verdi. İran İraqın kürd bölgəsinə hücumla da eyni şeyi etdi. Görünür, İran bir regional oyun oynayır, İraq üzərində dominantlığını təsdiqləməyə, həmçinin nüvə silahına malik Pakistanla əlaqələrini potensial olaraq gərginləşdirməyə çalışır.

Bununla belə, ehtimal olunan ssenari eskalasiya deyil. İran bundan əvvəl məqsədlərinə çatmaq üçün Əfqanıstanla qısamüddətli toqquşma yaşamışdı. Adətən İran bundan irəli getmir. İranın böyük əməliyyatlara qadir olan böyük ordusu yoxdur və ölkə daxilində bir çox problemləri var. Tehran özünü göstərməyi, sonra geri çəkilməyi xoşlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər