Rusiya və Ukrayna qüvvələri Avdiv (Donetsk vilayəti) yaxınlığında, xüsusən də şəhərin cənub-qərbində və buradan şimal-qərbdə mövqe döyüşləri aparırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İnstitut Rusiya qüvvələrinin şəhərdə irəlilədiklərini bildirir.
Rusiya ordusu Ukrayna qoşunlarının Nevelskidən şərqdəki mövqelərini tutaraq şəhər istiqamətində hücuma keçiblər.
Severnıda (Avdivin qərbi) və şəhərin şimal-qərbində Koks-Kimya zavodu yaxınlığında və cənub-şərqdə sənaye zonasında mövqe döyüşləri gedir.
Rusiya ordusu uzun müddətdir Avdiv şəhərini ələ keçirməyə çalışır. Ukrayna qüvvələrinin müdafiəni möhkəm saxladıqları deyilir.
Avdiv şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş söyləyir ki, Rusiya şəhəri Yeni ildən əvvəl ələ keçirmək istəsə də, bu planları baş tutmayıb.