20 Yanvar 17:48
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ötən günlərdə “terror təhlükəsi”ni əsas gətirərək Pakistan ərazisinə zərbə endirdi. Pakistanın cavabı da oxşar oldu. Bəs İranın bölgədə yaratdığı gərginlik kimin maraqlarına cava verir?

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Akif Küçükal deyib.

Onun sözlərinə görə, Qəzza və Qırmızı dənizdə olduğu kimi, bu iki ölkə arasındakı gərginlikdə də maraqlı tərəf ABŞ-dir:

“Amerika və İran arasında vəziyyətin qızışdığı Qırmızı dəniz reallığı var. Yəməndəki husilər Qırmızı dənizdə İsrail və ABŞ gəmilərinə təhlükə yaradırlar.

Nəzərə alsaq ki, İran-Pakistan sərhədindəki hadisələrdə istər-istəməz ABŞ-nin maraqlarına xidmət edən “Ceyş əl-Ədl” təşkilatının təşəbbüskarı olduğunu nəzərə alsaq, ortaya bir revanş mənzərəsi də çıxır. Üstəlik, ABŞ İrana Çinin “Bir Kəmər, Bir Yol” layihəsini (Orta Dəhliz) də vurdurmuş oldu. Pakistan və İran arasındakı konflikt həm bu proje, həm də Çinə mənfi təsir göstərərkən, ABŞ-nin bir daşla iki quş vurmağa çalışdığını söyləmək olar.

Bəllidir ki, İran ABŞ və İsrailin hücumlarına cavab verməkdə çətinlik çəkir, hətta gülməli vəziyyətə düşüb. Məsələn, Ərbildə “MOSSAD-a qarşı əməliyyat” aparılır, amma ABŞ-yə bir güllə də atılmır. İllərdir guya İsraildən qisas alacaqlar, ancaq animasiya yayırlar, Tehrandan hədələr gəlir və sair. Üstəgəl, İraq və Suriyada qeyri-sabitliyin davam etdirilməsi üçün səylər göstərilir.

Türkiyənin Suriya və İraqda PKK/YPG-yə qarşı keçirdiyi terror əməliyyatlarını tənqid edən İran Pakistanda da “eyni səbəb”i göstərərək “legitim” görünməyə çalışır. Belə bir qəribə situasiya...

Qəzzada baş verənlər fonunda İran mətbuatında Türkiyəni İsrailə yardım etməkdə ittiham edən çirkin karikaturalar görürük. Ötən həftə Oman dənizindən Türkiyəyə gələn gəmi saxlanılıb.

“Məzhəb narahatlığı” ilə hərəkət edən Tehran Suriya və İraqda sünnilərə qarşı hücumlarla ABŞ və İsrailə yer açır. İndi İranın atdığı addımlar kimə xidmət edir?”.

Küçükal Pakistanla müqayisədə hərbi cəhətdən zəif olan İranın cəhdlərinin elə Pakistanın verdiyi cavabla fiaskoya uğradığını da söyləyib:

“Pakistanın hərbi qüdrəti və onun yerdəki cavabını nəzərə alsaq, İranın təşəbbüsünün əks-nəticə verdiyi görünmürmü?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər