22 Yanvar 00:42
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “Sinhua” agentliyi məlumat yayıb.

Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.

Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.

Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com