Ukrayna müharibəyə son qoymaq üçün ərazilərini Rusiyaya verməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fiko deyib.
"Kompromis olmalıdır. Ukrayna nəyi gözləyir? Ruslar Krım, Donbas və Luqanskı tərk edəcəklər? Bu, mümkün deyil. Ukrayna ABŞ-nin total təsiri və nəzarəti altındadır. Bu yolla gedən Avropa Birliyi də səhv edir", – baş nazir bildirib.