Böyük Britaniya hökuməti HƏMAS və "İslami Cihad" qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhoum, Əhməd Oda və Zuhair Şamla, həmçinin "İslami Cihad"ın üzvü Cəmil Alyan "qara siyahı"ya salınıb. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya giriş qadağası, aktivlərin dondurulması və silah embarqosu daxildir.
Bundan əlavə, HƏMAS-a maliyyə xidmətləri göstərən “Al Mutahadun for Exchange”ə qarşı sanksiyalar tətbiq edilib.