Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb:
“Onlar Haburdakı sərhəd məntəqəsində təslim olublar”.
Məlumatda terrorçuların İraqın şimalındakı sığınacaqlardan qaçdığı qeyd olunub.
Nazirlik PKK-ya qarşı əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğulayıb.