24 Yanvar 11:10
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentində ölkəmizin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin qəbulundan sonra İsveç alyansa tamhüquqlu üzvlüyə bir addım daha yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristerson deyib.

“NATO-nun tamhüquqlu üzvü olmağa bir addım da yaxınlaşmışıq. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsveçin NATO-da iştirakı ilə bağlı keçirilən səsvermə müsbət yekunlaşıb”, - baş nazir bildirib.

Hazırda İsveçin NATO-ya üzvlüyünə mane olan yeganə ölkə Macarıstandır. Bu ölkənin Baş naziri Viktor Orban isveçli həmkarını məsələ ilə əlaqədar danışıqlara və şərtlərini qəbul etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər