Ən azı 10 ölkədə yüksək vəzifəli məmurlar İsraili və Fələstin radikal HƏMAS hərəkatını sülh razılaşmasına doğru sövq etməyə çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr vurğulayır ki, danışıqların əsas hissəsi Qəzzada atəşkəsin əldə edilməsinə yönəlib və bunun üçün HƏMAS-ın saxladığı 100-dən çox girovun İsrail həbsxanalarında olan minlərlə fələstinli ilə dəyişdirilməsi tələb olunacaq.
Bundan əlavə, rəsmilər anklavın gələcəyini, eləcə də münaqişə bitdikdən sonra ərazisinin idarə olunmasını müzakirə edirlər. ABŞ və Səudiyyə Ərəbistanının nümayəndələri Ər-Riyadla rəsmi münasibətlərin qurulması müqabilində İsraili Fələstin dövlətinin yaradılmasına razılıq verməyə sövq etməyə çalışırlar.