29 Yanvar 15:23
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ukrayna ordusunun sıralarında təxminən 880 min hərbçi var.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“880 minimiz, milyonluq ordumuz var. Eyni zamanda, 30 milyon insanımız var, konkret olaraq 30 milyon insan işləyir, bəlkə də bir az da çox. Dəqiq rəqəm deyə bilmərəm”, - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, müharibə başlayandan sonra nə qədər ukraynalının ölkəni tərk etdiyi hələlik dəqiq məlum deyil. Bununla belə, bunun təxminən 6.5 – 7.5 milyon nəfər olduğunu ehtimal edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər