Vaşinqton Tehranla müharibə və ya silahlı münaqişəyə can atmır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz İranla müharibəyə can atmırıq. İran rejimi ilə silahlı münaqişə axtarışında deyilik", - Kirbi bildirib.