Ukrayna Prezidenti Vladimir Zelenskinin hazırladığı sülh formulu Rusiya üçün qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib .
"Vaşinqton və onun müttəfiqləri sülh formulunu Kiyev və Moskva arasında münaqişənin həllinin yeganə yolu kimi mövqeləndirirlər. Bununla yanaşı, Qərb ölkələri fəal şəkildə bütün beynəlxalq ictimaiyyətə müvafiq təşəbbüslər irəli sürməyə çalışırlar. Bu variantın Rusiyaya ultimatumdan başqa bir şey olmadığı, onun həyata keçirilməsinin sadəcə qeyri-mümkün olması, hamıya aydındır. Qərb qlobal siyasi arenada öz hökmranlığını itirib", - Lavrov bildirib.