1 Fevral 08:00
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti bölgədəki tərəfdaşları ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini həyata keçirmək üçün tələb olunan konkret tədbirlərlə bağlı məsləhətləşmələr aparır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, administrasiyanın siyasəti dəyişməyib:

“Biz müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğumuzu açıq şəkildə bəyan etmişik. Bu məqsədə nail olmaq üçün administrasiya daxilində gördüyümüz işləri şərh etməyəcəyəm, lakin qeyd edim ki, buna nail olmağın bir çox yolu və müxtəlif ardıcıllıqla həyata keçirilməli olan tədbirlər var.

Və biz geniş seçimlərə baxırıq. Biz onları regiondakı tərəfdaşlarla, eləcə də ABŞ hökumətindəki tərəfdaşlarla müzakirə edirik. Lakin kursda heç bir dəyişiklik olmayıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər