Ermənistanın KTMT ilə əlaqəsi olmadan təhlükəsizliyini qoruması, o cümlədən hərbi-texniki sahədə inkişaf etməsi mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.
O bildirib ki, Qərb Ermənistandan Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə edir:
"Rusiya bundan narahatdır. Ermənistan tərəfinin Qərb dövlətlərinin bu siyasətini başa düşməsi üçün KTMT çərçivəsində müzakirələr aparılır. Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir və ŞƏT, Aİİ-nin üzvüdür".