1 Fevral 15:42
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bəzi banklar Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və kart almaq istəyən rusiyalılar üçün tələbləri sərtləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vedomosti” Türkiyədəki mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, Türkiyənin maliyyə qurumları ilin əvvəlindən Rusiyadan ödənişləri qəfil dayandırmağa başlayıb. Qəzetin mənbələrinə görə, sistemdə hələ də dəyişiklik yoxdur.

Həmsöhbətlərdən biri deyib ki, Rusiya şirkətləri artıq 2022-ci ildən hesablarını bağlamağa başlayıblar, amma hazırda proses güclənib. İndi təkcə sanksiyaya məruz qalan şirkətlərlə yox, digər şirkətlərlə də əlaqələr kəsilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər