Rusiya Prezidenti Vladimir Putini bu il “xoş sürpriz” gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“Kiyevdən onun birlik və qətiyyətinin Ukrayna üçün mütləq strateji önəmindən daha da ruhlanaraq ayrıldım. Ayrıca, buradan cənab Putinin döyüş meydanında “xoş sürprizlər”lə qarşılaşacağına və Ukraynanın bu il çox böyük uğurlara imza atacağına böyük əminliklə ayrıldım”, - ABŞ rəsmisi bildirib.
Viktoriya Nuland Kiyevdə yanvarın 31-də olub. Burada o, Ukrayna xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Rüstəm Umerovla görüşüb.