2 Fevral 23:11
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xarici işlər naziri Stefan Sejurn Rusiyanın Ukraynanın Berislav şəhərinə (Xerson vilayəti) hücumu nəticəsində iki fransız könüllünün öldüyünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

O, hücumda üç Fransa vətəndaşının yaralandığı da deyib.

“Rus barbarlığı Ukraynada dinc əhaliyə zərbə vurdu. İki fransız humanitar yardım könüllüsü ukraynalılara sədaqətlərinə görə canlarını verdilər. Üç yaralı var”, - Sejurn qeyd edib.

Fransalı nazir Rusiyanın törətdiyi cinayətlərə görə cavab verməli olacağını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi yanvarın əvvəlində Donbasda çoxlu sayda Fransa muzdlusunun öldürüldüyünü açıqlamışdı. Nazirlik Fransa muzdlularının Rusiya ordusu üçün legitim hədəf olduqlarını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də məsələ ilə əlaqədar Fransaya xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər