Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne regional gərginliyi azaltmaq yollarını axtarmaq üçün şənbə günü Yaxın Şərq turuna başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemuan bildirib.
“Nazir səfərinə şənbə günü başlayacaq və ardıcıl olaraq Misir, İordaniya və İsrailə səfər edəcək, oradan isə Ramallaha (Fələstin) gedəcək. Fransa diplomatiyasının rəhbəri səfər turunu Livana getməklə başa vuracaq”, - Lemuan deyib. XİN sözçüsü Sejurnenin fevralın 6-da Fransaya qayıdacağını da bildirib.
Onun sözlərinə görə, nazirin səfərinin bir hissəsi Fransa prezidentinin Livan nizamlanması üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drianın missiyası ilə əlaqələndirilib və o da yaxın vaxtlarda Beyruta səfər etməyi planlaşdırır