Parlamentin qərarına əsasən Bolqarıstanın Ukraynaya hədiyyə etdiyi istismarda olmuş zirehli transportyorların ilk partiyasını göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə BGNES agentliyi müdafiə naziri Todor Taqarevin zirehli texnikanın qoşqulara yüklənməsi zamanı çəkdiyi fotoları dərc edib.
Dekabrda hakim çoxluq prezidentin texnikanın tədarükü ilə bağlı vetosunu rədd edib. Bundan sonra Bolqarıstan Daxili İşlər Nazirliyi yüzə yaxın zirehli transportyoru və ehtiyat hissələrini Ukraynaya göndərməyə qərar verib. Mütəxəssislərin fikrincə, texnikanın daşınması iki ay çəkə bilər.