Rusiya ordusunun 2024-cü ildə artacaq strateji üstünlüyü fonunda Ukrayna Silahlı Qüvvələri müharibədə məğlubiyyətlə üzləşir.
Teleqraf.com xəbər verir ki, bunu Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan deyib.
"Rusiya strateji uyğunlaşmada üstündür. Əgər strateji uyğunlaşmada Rusiya ordusunun üstünlüyü davam edərsə və Qərbdən müvafiq cavab almazsa, bu müharibədə baş verə biləcək ən pis şey Ukraynanın məğlubiyyətdir", - general bildirib.