5 Fevral 16:53
2 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail-HƏMAS müharibəsində sosial şəbəkələrdə fələstinliləri dəstəkləyən amerikalı porno aktrisa Uitni Rayt İrana səfər edərək, 1979-cu ildə girov böhranından sonra tərk edilmiş Tehrandakı keçmiş ABŞ səfirliyinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” nəşri yazır.

“Ulduz” pornoqrafiya ilə bağlı sərt cəza və şəriət qaydalarının olduğu İranda özünü lentə alıb.

Rayt “Associated Press” agentliyinin suallarına cavab verməyib. Amma sosial mediadakı paylaşımında keçmiş ABŞ səfirliyini “ziyarət edilməli olan yer” adlandırıb. Bina indi muzey kimi istifadə olunur.

İranın mərhum dini lideri Ruhulla Xomeynini dəstəkləyən iranlı tələbələr 1979-cu il inqilabından sonra binanı ələ keçiriblər. Girov götürülən səfirliyin əməkdaşları 444 gün saxlanılıb. Bu böhran bugünkü İran-ABŞ gərginliyinin başlanğıc nöqtələridən hesab olunur.

Uitni Rayta gəlincə, porno aktrisa sözügedən bina ilə bağlı İnstaqram hesabında yazıb:

“Heç vaxt görülməmiş muzey eksponatlarını paylaşıram. Bu, hökumətin təsdiqi deyil”.

ABŞ vətəndaşı olaraq Raytın səfəri üçün viza lazımdır. İranın BMT-dəki missiyası aktrisanın səfəri ilə bağlı sualı cavablandırmayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaniyə brifinq zamanı Raytla bağlı sual verilib, o, bu haqda məlumatlı olmadığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər