Avropa İttifaqı (Aİ) bu ilin martında Ukraynaya 50 milyard avroluq yardım paketinin ilk hissəsini ayırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
"Aİ üzvlərinin Ukraynaya bu məbləği təmin etmək barədə razılaşması irəliyə doğru atılmış mühüm addımdır. Avropa Komissiyası öz tərəfdaşına və gələcək Aİ üzvünə kritik ehtiyac duyulan maliyyəni təmin etməyə davam edəcək. Biz ödənişlərə mart ayında başlamağı planlaşdırırıq", - Leyen bildirib.