7 Fevral 01:21
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı dənizdə gərginliyin artması Misir büdcəsinin əsas gəlir mənbələrindən hesab olunan Süveyş kanalında böhrana səbəb olub.

Teleqraf.com xəbər verir ki, kanal administrasiyası yanvarda gəlirlərin kəskin şəkildə azaldığını açıqlayıb. 2023-cü ilin yanvarında Süveyş kanalından əldə olunan gəlirlər 804 milyon dollar təşkil etdiyi halda, bu ilin ilk ayında bu rəqəm 428 milyon dollara enib.

Ötən ay kanaldan 1362 gəmi keçib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə bu, 36% aşağıdır.

Qırmızı dənizdə mövcud vəziyyətlə əlaqədar 20-yə yaxın gəmiçilik şirkəti Süveyş kanalından istifadə etməkdən imtina edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər