Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsi şübhəsiz ki, Moskvanın əlinə keçib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyalı jurnalist Sergey Latışev deyib.
"Qərb təbliğatına qərq olmuş ABŞ və Avropa İttifaqının sakinləri alternativ rəyi eşidə biləcəklər. Bu, Qərbin Rusiya ətrafında qurduğu yalan pərdəsini sarsıtmağa kömək edəcək. Bu, uzunmüddətli nəticələri olan güclü bir zərbə olacaq. Karlson kimi digər jurnalistlər də Putindən müsahibə almaq istəyəcəklər. Eyni zamanda, amerikalı təbliğatçılar bu müsahibəni Karlsonun özünə və açıq şəkildə dəstəklədiyi respublikaçılara qarşı silaha çevirməyə can atırlar. Onlar artıq jurnalisti "Kreml kuklası" kimi təqdim etməyə çalışırlar.