8 Fevral 15:29
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu ciddi piyada çatışmazlığı ilə üzləşib, bu da cəbhədə yorğunluğa və əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) qəzeti Ukrayna mənbələrinə istinadla yazır.

ABŞ nəşri bildirir ki, hücumu davam etdirən Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirib:

“Hücumlar gücləndirildiyi üçün kadr çatışmazlığı indi Ukrayna Silahlı Qüvvələrin ən ciddi probleminə çevrilib”.

Ukraynanın şərqində döyüşən batalyon komandiri nəşrə deyib ki, onun bölməsində hazırda 40-dan az piyada var. Tam ştatlı batalyonda 200 nəfərə qədər hərbçi olmalıdır.

Başqa bir batalyon komandiri onun bölməsinin də tükəndiyini söyləyib.

“Kiyevdə səfərbərlik və bunun sürətləndirməsi ilə bağlı müzakirələr cəbhədəki hərbçiləri qəzəbləndirib”, - VP yazır.

Ön xətdəki komandirlər canlı qüvvə çatışmazlığının Ukrayna üçün mənfi nəticələri barədə xəbərdarlıq ediblər:

“Bu, çoxlu ölümlə, qlobal uğursuzluqla başa çatacaq. 2022-ci ildə Xarkov vilayətində olduğu kimi, cəbhənin hansısa nöqtədə dağılacağını düşünürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər