9 Fevral 08:28
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada, bazar ertəsi, fevralın 12-dən hərbi texnikanın hərəkəti demək olar ki, bütün yollarda intensivləşəcək. Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlimlər çərçivəsində həyata keçiriləcək. Beləliklə, müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq təlimi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər