13 Fevral 12:20
6 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya aktivlərin ələ keçirilməsinə son dərəcə sərt cavab verəcək, Qərblə oğru kimi davranılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu, oğurluq və sənə məxsus olmayanı özünə aid etməkdir. Bu oyunu davam etdirməyin müxtəlif yollarını görürük, amma həm də anlayırlar ki, bundan əvvəl olduğu kimi, bu cəhdlərə də cavabımız son dərəcə sərt olacaq. Əgər bunu anlayırlarsa, bunun onlara nə qədər baha başa gələcəyini, konkret kimlərə qarşı cavab tədbirləri görüləcəyi və cavab tədbirlərinin son dərəcə sərt olacağını hesablamış olarlar. Ölkəmiz bunu oğurluq kimi xarakterizə edib, münasibət də oğru kimi olacaq. Siyasi manipulyator və ya hədsiz texnoloq kimi yox, məhz oğru kimi”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər