14 Fevral 21:56
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri növbəti dəfə Yəmən ərazisinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, zərbələrin hədəfi "Ənsar Allah" hərəkatının gəmi əleyhinə qanadlı raketi olub.

Bundan başqa, CENTCOM fevralın 13-də Yəmən ərazisindən Ədən istiqamətində ballistik raketin buraxıldığını bildirib.

Qeyd edək ki, "Ənsar Allah" hərəkatı İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmayana qədər İsrailə hücumlar edəcəyini, eləcə də, İsrailə məxsus və ya onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri buna cavab olaraq Yəmənə bir neçə dəfə zərbələr endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər