15 Fevral 12:33
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ərəb ölkələri ABŞ-nin İranla bağlı hədəflərə hava zərbələri endirmək üçün öz ərazilərindəki hərbi obyektlərdən istifadəsini məhdudlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.

ABŞ rəsmisi nəşrə deyib ki, İranla gərginliyi yumşaltmağa cəhd edən ərəb ölkələri Vaşinqton və digər müttəfiqlərinin öz ərazilərindən İraq, Suriya və Qırmızı dənizdəki hədəflərə zərbə endirmələrini məhdudlaşdırmağa başlayıb. Rəsmi bu məhdudiyyətləri dəqiq neçə ölkənin tətbiq etdiyini açıqlamayıb.

“Politico”nun yazdığına görə, xüsusən də BƏƏ məhdudiyyətlər qoyur, çünki İrana qarşıymış, eləcə də Qərb və İsrailə çox yaxınmış kimi görünmək istəmir.

Ərəblər İran-ABŞ gərginliyini azaltmaqla yanaşı, ölkələrində İsrailə qarşı qəzəbi yatırmağa çalışırlar.

ABŞ-nin körfəz və bölgədə bir neçə, o cümlədən BƏƏ-də bir aviabazası (Əl-Dəfra) var.

İran ABŞ-nin zərbələr üçün istifadə etdiyi bəzi ərəb dövlətlərini hücumla təhdid edib. İsrail-HƏMAS müharibəsinin başlamasından cəmi bir neçə həftə sonra “Kətaib Hizbullah” terror təşkilatı ilə əlaqəli, İran tərəfindən dəstəklənən “Əlviyyət əl-Vəd əl-Haq” qruplaşması Amerikanın BƏƏ və Küveytdəki bazalarını hədəfə alacaqları ilə hədələyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər