Donbasda separatçıların Ukrayna ordusuna hücumunu Rusiya qoşunları bilavasitə dəstəkləyir. Teleqraf.com-un məlumatına belə bir bəyanatla NATO-un baş katibi Yens Stoltenberq çıxış edib.
Stoltenberq qeyd edib ki, Ukraynanın şərqində sülhün və sabitliyin bərqərar olması əhəmiyyətli dərəcədə Rusiyanın atdığı addımlardan asılıdır. Baş katib rəsmi Kremlə ünvanlanan müraciətində Rusiya rəhbərliyini separatçılara istənilən dəstəyi dayandırmağa və ölkənin stabilliyini pozmaqdan çəkinməyə çağırıb:
"Mən Rusiyanı israrla separatçılara hərbi, siyasi və maliyyə dəstəyini dayandırmağa, Ukraynanın sabitliyini pozmamağa və öz beynəlxalq öhdəliklərinə hörmət etməyə dəvət edirəm".
Nail Cəlil