BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı elçisi Anjelina Coli İraqın Duhok şəhərində çadır düşərgəsinə sığınmış yezidi qaçqınlarla görüşüb.
Teleqraf.com-un məlumatına görə, yerli sakinlərlə geniş söhbət edən Coli onların vəziyyəti ilə yaxından maraqlanıb. Qeyd edək ki, yezidi kürdlər İŞİD-in qətliamından qaçaraq, Kürdüstan Muxtariyətinin təsiri altında olan bölgələrə sığınıblar.
Colinin İraqın şimalına zamanı yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi diqqəti çəkib.
Nail Cəlil