Türkiyənin yerli döyüş təyyarəsi KAAN ilk uçuşunu uğurla həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün Türkiyə müdafiə sənayesinin daha bir qürurverici gününü yaşadıq. Milli döyüş təyyarəmiz KAAN bu gün səhər ilk uçuşunu uğurla həyata keçirdi. Beləliklə, Türkiyə öz 5-ci nəsil döyüş təyyarəsini istehsal etmək yolunda daha bir kritik mərhələni geridə qoydu”, - prezident bildirib.
Ərdoğanın sözlərinə görə, “bacarmazlar” deyənlərin və layihəni ilk andan sabotaj etməyə çalışanların səylərinə baxmayaraq, ilk döyüş təyyarəsi uğurla səmaya qaldırılıb:
“Dostlara güvən, düşmənlərə qorxu aşılayan KAAN-ın digər sınaqlarını tez başa vurmaq üçün səylərimizi gücləndirəcəyik. Qarşıdakı dövrdə də müdafiə sənayesində millətimizə yeni müjdələr verməyə davam edəcəyik”.