23 Fevral 12:57
8 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil ilk 5-ci nəsil döyüş təyyarəsi KAAN-la bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, şirkət rəhbəri qısa müddətdə reallaşan KAAN-ın öz sahəsində dünyanın ən uğurlu layihəsi olduğunu deyib.

Temel Kotilin çıxışından diqqətçəkən məqamlar:

“Təyyarə 5-ci nəsildir, bu o deməkdir ki, bu gün mövcud olan bütün təyyarələrlə döyüşə bilər.

İlk uçuş çox vacib idi, 25 tonluq cihazdır, içində olmayan sistem yoxdur. Kompüter, hidravlik sistem, enerji paylama sistemi... Bütün detalları ilə tamamilə yerli təyyarədir. Bu, türklərin indiyə qədər hazırladıqları ən mürəkkəb mühəndislik cihazıdır.

Çətin hissəni keçdik. Texnologiyanı seçərkən F-22 və F-35-lərdən daha yüksək texnologiya seçmişik.

Prosesdə TUSAŞ-ın 17 min əməkdaşı çalışıb. Türkiyənin bu gənc heyəti Almaniya, Fransa və Britaniyanı geridə qoyacaq.

2028-ci ildə Hərbi Hava Qüvvələrinə 20 təyyarə təhvil verməyi planlaşdırırıq.

Qısa müddətdə reallaşan bu proje dünyanın ən uğurlu layihəsidir. “Eurofighter”, F-16, “Rafael” təyyarələri KAAN-dan daha aşağı texnologiyalardır.

Dost və qardaş ölkələrin KAAN-a marağı var.

KAAN-ın 6-cı nəslə çevrilməsi istiqamətində də işlər aparılır”.

Kotilin sözlərinə görə, kimsə Türkiyəyə müdaxilə etsə və ya raket atsa, yerli raketlərlə yanaşı, KAAN-la da qarşılaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər