29 Fevral 14:27
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden illik tibbi müayinədən keçib, bu, onun vəzifəsini yerinə yetirə biləcəyini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ liderinin həkimi Kevin Okonnor məlumat verib.

Onun sözlərinə görə, prezidentin səhhətində yeni problem yoxdur.

Bu hesabat noyabrda keçiriləcək prezident seçkiləri öncəsi Baydenin səhhəti ilə bağlı son məlumat olacaq.

“Prezidentin işləri yaxşı gedir və builki tibbi müayinə heç bir yeni problem aşkar etməyib. Vəzifəyə yararlı olmağa davam edir, heç bir istisna və ya şərtlər olmadan bütün vəzifələrini yerinə yetirir. Prezident Bayden 81 yaşında sağlam, aktiv, möhkəmdir”, - Okonnot deyib.

Hazırda 81 yaşında Bayden bütün Amerika prezidentlərinin ən yaşlısıdır. Yenidən seçilərsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq. Ağ Evin sözçüsü Karin Jan-Pyer söyləyib ki, onun yaddaş testinə ehtiyacı yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər