Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası bu gün öz işinə başlayıb. Sessiya yanvarın 30-dək davam edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sessiyanın gündəliyində Ukraynada humanitar durum, Parisdəki terror aktları və Avropada söz azadlığının müdafiəsi məsələləri durur.
AŞPA həmçinin Rusiya nümayəndə heyətinin səlahiyyət məsələsinə baxmağı da nəzərdə tutur. AŞPA-nın 2014-cü il aprel sessiyasında Rusiya nümayəndə heyəti 2015-ci ilin yanvarına kimi səsvermə hüququndan məhrum olunub və Krımın işğalı ilə bağlı Rusiya Assambleyanın bütün rəhbər orqanlarından xaric edilib.
Samir