23 Mart 13:10
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkə Prezidenti Vladimir Putinə məlumat verib.

Qeyd olunub ki, onlardan 4-ü birbaşa terror aktında iştirak edən şəxslərdir.

***

Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onlar Bryansk vilayətində ələ keçirilib.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Məlumata görə, 6 terrorçudan 4-nün şəxsiyyət məlum olub. Onlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir. Onların hər birinin Tacikistan vətəndaşı olduğu bildirilib. Bunlardan hansının saxlanıldığı məlum deyil.


Müəllif: Teleqraf.com