25 Mart 10:46
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktından sonra Rusiyada ticarət mərkəzlərinə tamaşaçıların sayı 15-20% azalıb.

Teleqraf.com “Kommersant”-a istinadən xəbər verir ki, bu barədə “Focus Technologies”in ekspertləri məlumat yayıb.

Martın 23-də Moskva ticarət mərkəzlərində trafik keçən həftə ilə müqayisədə 33%, 2023-cü ilin göstəriciləri ilə müqayisədə isə 34% azalıb.

"Focus Technologies"-in tədqiqat və konsaltinq şöbəsinin rəhbəri Mixail Vasiliev izah edib ki, davamiyyət həm təhlükəsizlik səbəbi ilə, həm də hücum zamanı "Crocus"da olanların yaxınlarına rəğbət əlaməti olaraq kəskin şəkildə azalıb.


Müəllif: Pərvin Cəfərova