31 Mart 01:07
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktı zamanı ölənlərin sayı 144 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Martın 22-də axşam saatlarında Moskva vilayətində "Crocus City Hall"da terror aktı baş verib. Bir qrup silahlı terrorçu binaya daxil olaraq insanlara atəş açıb, həmçinin binanı yandıraraq içəriyə gələnlərin qarşısını kəsiblər.

Terror aktını törədənlər 4 yerli Tacikistan vətəndaşıdır. Onlar Ukrayna və Belarusla sərhəddə saxlanılıblar. Onların hamısını, eləcə də bir neçə cinayət ortağını ömürlük həbs cəzası gözləyir.


Müəllif: Pərvin Cəfərova