1 Aprel 21:42
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a bildirilib.

Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.

“O, 12 sutka müddətinə inzibati həbs edilib”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.

Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər